İranda ötən sutka ərzində 17 430 nəfər koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 963 394 nəfərə çatıb. Virus daşıyıcılarından 4 138 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Sezar pizza
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 174 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 506 nəfərə yüksəlib.
İranda indiyədək 1 667 079 nəfər koronavirusdan sağalıb, 13,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Telegram kanalımız