İranda koronavirusdan ölənlərin sayı 23 minə çatır

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusdan ölənlərin sayı 23 minə çatır

Dünya

11 Sentyabr 2020 16:25 702


İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 913 nəfərə çatıb. pizza mizza

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 313 koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 397 801 nəfərə yüksəlib. Onlardan 3 753 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 342 539 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,5 milyondan çox diaqnoz testi həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!