İranda ötən sutka ərzində 6 820 nəfər koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az xəbər verir ki, İranda indiyədək koronavirusa yoluxanların sayı 1 431 416 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 865 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 72 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 58 110 nəfərə çatıb. pizza hut
İranda indiyədək 1 223 197 nəfər koronavirusdan sağalıb, 9,39 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız