İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 59 028 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 7 760 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 526 023 nəfərə çatıb. Virus daşıyıcılarından 3 704 nəfərin vəziyyəti ağırdır. pizza hut
İranda indiyədək 1 304 330 nəfər koronavirusdan sağalıb, 10,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız