İranda ötən sutka ərzində 8 011 nəfər koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 534 034 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 89 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 59 117 nəfərə yüksəlib. Pepperoni pizza
İranda indiyədək 1 310 821 nəfər koronavirusdan sağalıb, 10,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız