İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 60 928 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 8 606 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 715 162 nəfərə çatıb. Virus daşıyıcılarından 3 823 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Dördpendirli pizza
İranda indiyədək 1 464 268 nəfər koronavirusdan sağalıb, 11,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Telegram kanalımız