İranda ötən sutka ərzində 8 380 nəfər koronavirusa (COVID 19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bununla da bu virusa yoluxanların sayı 1 763 313 nəfərə çatıb. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda ötən 24 saat ərzində 97 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 427 nəfərə yüksəlib. Dominos pizza
Ölkədə indiyədək 1 506 360 nəfər koronavirusdan sağalıb. 11,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı və 113 rayon mavi zona hesab olunur.
Telegram kanalımız