İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID 19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 61 724 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 7 540 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 793 805 nəfərə çatıb. Virus daşıyıcılarından 3 849 nəfərin vəziyyəti ağırdır. Sezar pizza
İranda indiyədək 1 536 606 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 12 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız