İranda ötən sutka ərzində 9 310 nəfər koronavirusa (COVID 19) yoluxub.
Yenisabah.az xəbər verir ki, İranda öncəki sutka ərzində 8 751 nəfər koronavirusa yoluxmuşdu. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 864 984 nəfərə çatıb. Virus daşıyıcılarından 3 940 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 81 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 62 478 nəfərə yüksəlib. pizza mizza
Ölkədə indiyədək 1 600 488 nəfər koronavirusdan sağalıb. 12,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 23 rayon qırmızı və 44 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 287 rayon sari, 94 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız