İranda koronavirusdan ölənlərin sayı 62 759 nəfərə yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusdan ölənlərin sayı 62 759 nəfərə yüksəldi

Dünya

01 Aprel 2021 14:48 603


İranda ötən sutka ərzində 11 750 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 897 314 nəfərə çatıb. Virus daşıyıcılarından 3 989 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 94 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 62 759 nəfərə yüksəlib. pizza hut

İranda indiyədək 1 626 144 nəfər koronavirusdan sağalıb, 12,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı və 85 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Həmçinin 272 rayon sarı, 59 rayon isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!