İranda koronavirusdan ölənlərin sayı 65 055 nəfərə yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusdan ölənlərin sayı 65 055 nəfərə yüksəldi

Dünya

13 Aprel 2021 14:05 505


İranda ötən sutka ərzində 291 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az-ın məlumatına görə, bununla da İranda bu virusdan ölənlərin sayı 65 055 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 24 760 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu günədək virusa yoluxanların sayı 2 118 212 nəfərə çatıb. Virus daşıyıcılarından 4 481 nəfərin vəziyyəti ağır qiymətləndirilir. pizza mizza

İranda indiyədək 1 729 293 nəfər koronavirusdan sağalıb, 13,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 295 rayon qırmızı və 99 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 45 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!