İranda son 24 saatda koronavirusdan 379 xəstə həyatını itirib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Eyni zamanda, 17.564 yeni COVID-19 xəstəsi aşkarlanıb. pizza mizza
Ölkədə COVİD-19 xəstələrinin ümumi sayı 5 milyon 459 min 796 nəfərə çatıb.
İndiyə qədər 4 milyon 819 min 223 xəstə sağalıb.
Koronavirusdan ölənlərin ümumi sayı isə 117.905-ə yüksəlib.
Telegram kanalımız