İranda son gündə koronavirusdan 445 nəfər ölüb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəlikdən ölənlərin ümumi sayı 113.380 nəfərə yüksəlib. Toyuqlu pizza
Eyni zamanda, 21.114 yeni yoluxma müəyyən olunub, onlardan 3.187-si xəstəxanaya yerləşdirilib.
Covid-19 xəstələrinin ümumi sayı 5.258.913-ə çatıb.
İndiyədək 4.509.905 xəstə sağalıb.
Telegram kanalımız