İranda son 24 saatda koronavirusdan 583 nəfər ölüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, xəstəlikdən ölənlərin ümumi sayı 99.691-ə çatıb. Dördpendirli pizza
İslam Respublikasında 39.174 yeni Covid-19 xəstəsi aşkarlanıb, onlardan 5380-i xəstəxanaya yerləşdirilib.
Covid-19 xəstələrinin ümumi sayı 4.556.417-yə çatıb.
Hazırda koronavirusa görə ölkədə 359 şəhər qırmızı, 59 şəhər narıncı, 30 şəhər sarı rejimdədir.
Telegram kanalımız