İranda son gündə koronavirusdan 610 nəfər ölüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi açıqlama yayıb.
COVID-19-dan ölənlərin ümumi sayı 102.648-ə çatıb. Dördpendirli pizza
Yerli hicri təqvimlə ötən ay virusdan 13.975 adam vəfat edib.
Ölkədə son 24 saatda 38.657 yeni yoluxma qeydə alınıb, onlardan 5.108-i xəstəxanaya yerləşdirilib.
İslam Respublikasında pandemiya başlayandan bəri COVID-19 xəstələrinin ümumi sayı 4 milyon 715 min 771 nəfərə çatıb.
Telegram kanalımız