İranın Qum şəhərində fəaliyyət göstərən məktəblərdə şagirdlər yenidən zəhərlənib.
Yenisabah.az “Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Qum şəhər Tibb Universitetinin ambulatoriyasının rəhbərinin bildirdiyinə görə, artıq ümumilikdə 650 şagird zəhərlənib. Onların hamısının məktəbli qızlar olduğu bildirilir.
İranın Səhiyyə nazirinin müavini Yunus Pənahi isə məktəblərdə şagirdlərin kütləvi zəhərlənməsinin qəsdən olduğunu və qız liseylərinin bağlanması məqsədi güddüyünü bildirib. Dördpendirli pizza
Qeyd edək ki, Qum məktəblərində zəhərlənmə halları ötən ilin dekabr ayından başlayıb və hələ də davam edir.
HƏCƏR
Telegram kanalımız