İranda məşhur idmançı oğrular tərəfindən qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

İranda məşhur idmançı oğrular tərəfindən qətlə yetirildi

Dünya

02 İyul 2025 21:19 579


İranda məşhur idmançı oğruların qurbanı olub.

Yenisabah.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, fitnes və bodibildinq üzrə peşəkar məşqçi Suruş Sutude zorakılıqla həyata keçirilən telefon oğurluğu zamanı qətlə yetirilib.

Polisin məlumatına görə, idmançının mobil telefonunu oğurlamaq istəyən iki motosikletçi ona hücum edib. pizza

Məşqçi oğurluq zamanı telefonunu geri almağa çalışarkən, qarşı tərəf onun boyun və çiyin nahiyəsinə üç bıçaq zərbəsi endirib. Nəticədə gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polis cinayəti törədən şəxslərin tapılması istiqamətində araşdırma aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!