İranda millət vəkili keçmiş prezidenti ittiham etdi: “Ruhani öz oğlunu öldürüb”

saytların hazırlanması

Evə çatdırılma

İranda millət vəkili keçmiş prezidenti ittiham etdi: “Ruhani öz oğlunu öldürüb”

Dünya

26 Noyabr 2025 22:04 886


İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi ölkənin keçmiş prezidenti Həsən Ruhaninin öz oğlunun ölümündə şübhəli şəxs olduğunu iddia edib.

"Yeni Sabah" "Azad İran"a istinadən xəbər verir ki, deputat sabiq dövlət başçısının oğlunun ölümü ilə bağlı detalların aydın olmadığını deyib.

"Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi də plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər", - deyə Rəsayi açıqlayıb. pizza sifarişi

Sözlərinin heç birinin böhtan olmadığını deyən millət vəkili əlavə edib:

"Hər şeydən əvvəl Həsən Ruhani öz silahı ilə övladını qətlə yetirib. Onun evi hərbi baza kimi qorunurdu və heç kim kənardan gəlib onun oğlunu öldürə bilməzdi. Bu cinayət şəxsi silahla törədilib və Ruhaninin özü də bununla bağlı polisə şikayət etməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!