İranda nazirin çantasına baxmaq cəhdi işdən qovulma ilə nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

İranda nazirin çantasına baxmaq cəhdi işdən qovulma ilə nəticələndi

Dünya

17 Oktyabr 2025 00:05 2569


İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycana səfərindən sonra Ərdəbil hava limanı vasitəsilə Tehrana qayıdarkən maraqlı hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, hava limanında xidmət edən təhlükəsizlik əməkdaşı nazirin çantasını yoxlamaq istəyib. Dördpendirli pizza

Fərzanə Sadiq isə buna sərt reaksiya verərək, çantasına baxılmasına icazə verməyib və Tehrana yola düşüb.

İnsidentdən bir neçə saat sonra Ərdəbil əyalətinin hava limanlarının baş direktoru Məhəmməd Qəssabi vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!