İranda ordu koronavirusa qarşı mübarizə çərçivəsində küçə və məhəllələri boşaldacaq.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Baş Qərargahı məlumat yayıb. Bu addımın küçələrin dezinfeksiya edilməsi məqsədilə atılacağı bildirilir.
Qeyd edək ki, İranda yeni növ koronavirus səbəbindən 514 nəfər həyatını itirib. Virusa yoluxanların sayı isə 11 min 364 nəfərdir. pizza
Telegram kanalımız