İranda ötən sutka ərzində 251 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 52 447 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 7 501 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 115 770 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 711 nəfərin vəziyyəti ağırdır. Sezar pizza
İranda indiyədək 823 231 nəfər koronavirusdan sağalıb, 6,75 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 12 rayon qırmızı, 288 rayon narıncı və 148 rayon sarı zona elan olunub.
Telegram kanalımız