İranda ötən sutka ərzində 212 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 53 095 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində daha 7 453 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların sayı 1 138 530 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 645 nəfərin vəziyyəti ağırdır. pizza mizza
İranda indiyədək 856 513 nəfər koronavirusdan sağalıb, 6,89 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 12 rayon qırmızı, 288 rayon narıncı və 148 rayon sarı zona elan olunub.
Telegram kanalımız