İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 59 663 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 8 330 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 590 605 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağırdır. pizza sifarişi
İranda indiyədək 1 358 541 nəfər koronavirusdan sağalıb, 10,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız