İranda ötən sutkada 213 nəfər koronavirusdan ölüb

saytların hazırlanması

Evə çatdırılma

İranda ötən sutkada 213 nəfər koronavirusdan ölüb

Dünya

16 Dekabr 2020 15:23 650


İranda ötən sutka ərzində 213 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 52 883 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 7 603 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 131 077 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 678 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Marqarita pizza

İranda indiyədək 844 430 nəfər koronavirusdan sağalıb, 6,84 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda 12 rayon qırmızı, 288 rayon narıncı və 148 rayon sarı zona elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!