İranda partlayış nəticəsində   8 nəfər öldü, 750 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

İranda partlayış nəticəsində 8 nəfər öldü, 750 nəfər yaralandı

Dünya

26 Aprel 2025 22:43 592


İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb. Dominos pizza

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. 

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!