İranda polis 16 yaşlı qızı döyüb öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İranda polis 16 yaşlı qızı döyüb öldürdü

Rəsmi

19 Oktyabr 2022 17:47 1558


İranda məktəbli qız polis tərəfindən şiddətə məruz qalaraq vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası məlumat yayıb.

Bildirilib ki, Ərdəbil şəhərində orta məktəblərdən birinə təhlükəsizlik qüvvələri tərəfindən hücum edilib. Polis şagirdlərə Xamneini mədh edən himni oxumalarını əmr edib. pizza mizza

Bu tələbi yerinə yetirməyən bəzi şagirdlər polisin zorakılığına məruz qalıb.

Şagirdlərdən bir qismi saxlanılıb, bir çoxu isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya aparılan şagirdlərdən 16 yaşlı Əsra Pənahi dünyasını dəyişib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!