İranda polis zorakılığına etiraz edən məşhur rejissorlar həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İranda polis zorakılığına etiraz edən məşhur rejissorlar həbs olundu

Rəsmi

09 İyul 2022 22:21 1059


İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının “Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər. 

“Report” xəbər verir ki, bu barədə “The Variety” məlumat yayıb.

Qeyd olunub ki, Məhəmməd Rəsulof bir il müddətinə həbs cəzası alıb. Rejissorun nümayəndəsi qeyd edib ki, Rəsulof təkadamlıq kamerada saxlanılır. O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir. pizza mizza

“İRNA” xəbər agentliyinin məlumatına görə, rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Rəsulof və Əl-Əhməd polis zorakılığına qarşı petisiya başladıblar və bu petisiya İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!