İranda prezidentliyə namizədlərin sayı 130-u keçdi

saytların hazırlanması

Evə çatdırılma

İranda prezidentliyə namizədlərin sayı 130-u keçdi

Rəsmi

14 May 2021 14:21 1116


İranda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir.

Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, artıq Mahmud Sadeqi və Əli Mütəhhəri kimi tanınmış siyasətçilər Daxili İşlər Nazirliyinə müvafiq sənədləri təqdim ediblər.

Ölkənin islahatçı cinahına aid ən radikal namizədi Mustafa Taczadə də bu gün iddiasını ortaya qoyub. Taczadə 2009-cu ilin etiraz aksiyalarından sonra 7 il həbs cəzası alıb. Onun seçkilərdən diskvalikasiya ediləcəyinə dair təxminlər mövcuddur. Marqarita pizza

Həsən Ruhani administrasiyasının gənc üzvü, rabitə naziri Məhəmməd Cavad Azəri Cəhrominin də bu gün namizədliyini irəli sürəcəyinə dair eyhamlar var.

Hazırda təxminən 130 nəfər Daxili İşlər Nazirliyinə müvafiq sənədləri təqdim edib.

Sabah namizədlikləri irəli sürmənin son günü tamamlanır.

İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!