İranda qan ehtiyatı azalıb

saytların hazırlanması

Evə çatdırılma

İranda qan ehtiyatı azalıb

Dünya

17 Noyabr 2020 16:42 723


İranda beş günlük qan ehtiyatı qalıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İran Qanköçürmə Mərkəzinin sözçüsü Bəşir Hacıbeygi ölkədə bildirib.

“Ölkədə yalnız beş günlük qan ehtiyatı qalıb. Bu, beynəlxalq standartlara görə normal rəqəm olsa da, Qanköçürmə Mərkəzi bütün donorları könüllü qan verməyə çağırır. Qan və qan komponentlərinə tələbat daimi və gündəlik ehtiyacdır. İnsanlar iki gün qan verməzsə, ölkənin qan təchizatı şəbəkəsi problemlə üzləşəcək”, - deyə o vurğulayıb. pizza mizza

İran Qanköçürmə Mərkəzinin sözçüsü qeyd edib ki, koronavirus pandemiyası qan verməyə əsas maneələrdən biridir: “Tehran vilayətində qan ehtiyatı 20-25% azalıb. Mart ayının sonundan oktyabrın ortalarınadək qan verilməsi 10% azalıb. Bu arada, 160 xəstəxananın və müalicə mərkəzinin olduğu Tehran vilayəti ölkə üzrə ən yüksək qan ehtiyatına sahibdir”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!