İranda qız məktəbində kütləvi zəhərlənmə: 20 şagird xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

İranda qız məktəbində kütləvi zəhərlənmə: 20 şagird xəstəxanalıq oldu

Maraqlı

04 Aprel 2023 17:48 802


İranın Təbriz qızlar məktəbində 20 şagird zəhərlənib. 

Bakupost.az xəbər verir ki, bu haqda Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri məlumat verib.

O, məlumatda qeyd edib: Dominos pizza

"Təbrizin Bağmişeh rayonunda bir məktəbdə oxuyan 15 yaşlı 20 şagird tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə Sina Xəstəxanasına aparılıb".

İran rəsmisi, tələbələrin ümumi vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. 3 ayda 238 məktəbdə 5 mindən çox tələbə zəhərlənib.

Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və uyuşma kimi simptomlar müşahidə olunur.

İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zincan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan məktəblərində kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlandığını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!