İranda rialın denominasiyası həyata keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İranda rialın denominasiyası həyata keçiriləcək

Dünya

03 Avqust 2025 23:15 638


İran Məclisinin İqtisadiyyat Komitəsi ölkənin pul vahidi rialın adını dəyişdirmədən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin rəhbəri Şəmsəddin Hüseyni məlumat verib.

Hökumət layihəsində pul vahidinin adının "rial"dan "tümən"ə dəyişdirilməsi də yer alıb, lakin mərkəzi bank haqqında qanuna əsasən, komitə bu yeniliyin əleyhinə səs verib. pizza hut

Həmçinin "kran" adlanan əlavə pul vahidi də təsdiq edilib. Beləliklə, 1 yeni rial 10 min cari riala, eləcə də 100 krana bərabər olacaq.

Qeyd edək ki, sürətlə ucuzlaşan İran rialının denominasiyası təklifini ölkə Prezidenti Məsud Pezeşkian irəli sürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!