İranda saxlanılan tanınmış aktrisa zaminə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda saxlanılan tanınmış aktrisa zaminə buraxıldı

Maraqlı

04 Yanvar 2023 21:55 677


Ötən ilin dekabrında yalan məlumat yaymaq və anti-İran hərəkatlarını dəstəkləmək ittihamı ilə saxlanılan iranlı aktrisa Təranə Əlidusti zaminə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “İsna” agentliyi məlumat yayıb.

Əlidusti daha çox Oskar mükafatçısı "Satıcı" (2016) filmindəki rolu ilə tanınır. pizza

Qeyd edək ki, İranda 2022-ci il sentyabrın ortalarından əxlaq polisi tərəfindən saxlanılan və öldürülən 22 yaşlı Məhsa Əmininin ölümü fonunda kütləvi iğtişaşlar və etirazlar davam edir. Ölkə sakinləri Mahsanın ölümündə hökuməti ittiham edirdilər./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!