İranda prezident seçkiləri üçün namizədliklərin irəli sürülməsi prosesi bu gün başa çatır.
Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, son gündə Daxili İşlər Nazirliyinə iki favorit şəxs baş vurub.
Onlardan biri İran parlamentinə 12 il rəhbərlik etmiş Əli Laricanidir. İkinci şanslı namizəd məhkəmə hakimiyyətinin başçısı İbrahim Rəisidir. Marqarita pizza
2017-ci ilin prezident seçkilərində Rəisi Həsən Ruhaninin əsas rəqibi olub.
Əvvəllər müxtəlif nazir vəzifələri tutmuş İzzətullah Zərğami, sabiq diplomat Sadiq Xərrazi və eks-prezident Rəfsəncaninin qardaşı Möhsün Haşimi də namizədliklərini irəli sürüb.
Telegram kanalımız