İranda sel fəlakəti: 6 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda sel fəlakəti: 6 nəfər öldü

Rəsmi

04 Yanvar 2022 11:58 679


Ötən gün İranın Fars və Kirman əyalətlərində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 6 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur deyib.

Onun sözlərinə görə, hadisə baş verən bölgələrə 500 əməliyyat qrupu ezam olunub, 3 min nəfərdən çox insan sığınacaqlara yerləşdirilib, 20 min nəfərə yardım göstərilib. pizza sifarişi

O, seldən ən çox Minab və ətraf kəndlərin ziyan gördüyünü vurğulayıb.

Qeyd edək ki, bundan öncə seldən 3 nəfərin öldüyü bildirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!