YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İranda SEPAH-ın polkovniki öldürüldü

İranda SEPAH-ın polkovniki öldürüldü

Digər

01 Oktyabr 2022 08:30 568


İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində cümə namazından sonra polis məntəqəsinə atəş açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Atışma nəticəsində bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandiri, polkovnik Əli Musəvi ağır yaralanıb. O, xəstəxanaya aparılsa da, orada vəfat edib.

Qeyd edək ki, Zahedan şəhərində keçirilən aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında toqquşmalar olub. Məlumata görə, nümayişçilər SEPAH tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub. Bundan qəzəblənən etirazçı sakinlər Zahedan Şəhər Polis İdarəsinin binasını yandırıb, daha sonra polkovnik Əli Musəvini öldürüblər. 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!