İranda son sutkada 399 nəfər koronavirusdan ölüb

saytların hazırlanması

Evə çatdırılma

İranda son sutkada 399 nəfər koronavirusdan ölüb

Dünya

29 Oktyabr 2020 16:02 1064


İranda ötən sutka ərzində 8 293 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenisabah.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 596 941 nəfərə çatıb. Virus daşıyıcılarından 5 055 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 399 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 34 113 nəfərə yüksəlib. Pepperoni pizza

Ölkədə indiyədək 472 598 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Bu vaxtadək 4,85 milyondan çox diaqnoz testi həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!