İranda ötən sutka ərzində 13 721 nəfər koronavirusa (COVID 19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 880 542 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda ötən 24 saat ərzində 483 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 45 738 nəfərə yüksəlib. Sezar pizza
İndiyədək 617 715 nəfər koronavirusdan sağalıb, 5,87 milyondan çox diaqnoz testi həyata keçirilib.
xatırladaq ki, İranda 27 vilayət qırmızı, 4 vilayət narıncı zona elan olunub.
Telegram kanalımız