Koronavirusun ən çox təsir göstərdiyi ölkələrdən olan İranda son sutka ərzində 80 nəfər həyatını itirib.
Yenisabah.az xəbər verir ki,İran Səhiyyə Nazirliyi sözçüsü Kiyanuş Cahanpur ölkədəki son vəziyyəti açıqlayıb. Onun sözlərinə görə, bugünədək İranda 5 min 957 nəfərin COVİD-19 səbəbilə ölüb. 93 min 657 nəfər isə infeksiya daşıyıcısı kimi qeydə alınıb. 2 min 965 nəfər hazırda reanimasiyadadır. Müalicə olub təxliyə edilənlərin sayı isə 73 min 791 nəfərdir.
Bildirək ki, İranda ümumilikdə 453 min 386 koronavirus testi edilib. Dördpendirli pizza
Telegram kanalımız