İranda ötən sutka ərzində 5 908 nəfər koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 206 373 nəfərə çatıb. Virus daşıyıcılarından 5 174 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda ötən 24 saat ərzində 121 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 54 814 nəfərə yüksəlib. Dördpendirli pizza
İranda indiyədək 960 751 nəfər koronavirusdan sağalıb, 7,46 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda koronavirusa yoluxma ilə əlaqədar İranın 108 rayonu narıncı və 340 rayonu isə sarı zona hesab olunur.
Telegram kanalımız