İranda ötən sutka ərzində 285 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 51 496 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 10 403 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 083 023 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 768 nəfərin vəziyyəti ağır qiymətləndirilir. pizza
İranda indiyədək 778 160 nəfər koronavirusdan sağalıb, 6,56 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 34 rayon qırmızı, 260 rayon narıncı və 154 rayon sarı zona elan olunub.
Telegram kanalımız