İranda tanınmış futbolçular tutuldu

saytların hazırlanması

Evə çatdırılma

İranda tanınmış futbolçular tutuldu

Rəsmi

01 Yanvar 2023 14:22 818


İranda yüksək liqada çıxış edən Tehranın tanınmış futbol komandalarından birinin bir neçə indiki və keçmiş oyunçusu Dəmavənd şəhərində qonaqlıqda tutulublar. 

“Report” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, onlar qonşuların şikayətindən sonra polis tərəfindən saxlanılıblar. Bildirilib ki, futbolçuların bəziləri alkoqollu içki qəbul etdiyinə görə sərxoş halda olub. Dominos pizza

Qeyd edək ki, həbs olunan bu şəxslərin bəziləri İranda keçirilən etiraz aksiyalarına görə motivasiyanın olmadığını söyləsələr də, futboldan danışdıqlarını iddia etmişdilər. Agentlik tutulan futbolçuların adlarını açıqlamayıb.

Xatırladaq ki, İranda idmançılar arasında aksiyaları dəstəkləyənlər az deyil. İran yığma komandasının keçmiş üzvü, tanınmış futbolçu Əli Daei etirazlara laqeyd qalmayaraq sosial səhifəsindən paylaşım etmişdi. Ötən həftə onu ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədən düşürüblər. Tehran hakimiyyəti onun və ailəsinin İrandan çıxmasına qadağa qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!