İranda təyyarə qaçırmağa cəhdin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aviasiyanın Qorunması üzrə Qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 4-də “İran AiR”ə məxsus “Fokker100” təyyarəsi saat 22:10-da Əhvaz şəhərindən Məşhəd şəhərinə uçarkən naməlum şəxs təyyarəni qaçıraraq Fars körfəzi ölkələrindən birinin hava limanına endirmək istəyib. Sezar pizza
SEPAH qüvvələri təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib. Təyyarə İsfahan şəhər hava limanına təcili eniş edib. Sərnişinlərin hamısı sağlamdır. Təyyarəni qaçırmağa çalışan şəxs həbs olunub. Onun kimliyi açıqlanmayıb. APA
Telegram kanalımız