İranda torpaq davası qanlı atışmaya çevrildi: Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

İranda torpaq davası qanlı atışmaya çevrildi: Ölənlər və yaralananlar var

Dünya

06 Avqust 2025 19:26 217


İranın Xorasan Rəzavi əyalətinin Türbət Heydəriyyə şəhərində mülkiyyət hüququ ilə bağlı mübahisə zəminində silahlı qarşıdurma baş verib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, münaqişə püstə bağına sahiblik üstündə yaranıb. Atışma nəticəsində 5 nəfər ölüb, daha iki nəfər yaralanıb. Pepperoni pizza

Prokurorluğun məlumatına görə, qarşıdurma zamanı "Kalaşnikov" silahlarından istifadə edilib. Qatillər cinayət yerindən qaçıblar və onlar axtarılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!