İranda ötən sutka ərzində daha 2 132 nəfər koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 328 844 nəfərə çatıb. Virus daşıyıcılarından 3 992 nəfərin vəziyyəti ağırdır. Toyuqlu pizza
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 189 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 18 616 nəfərə yüksəlib.
Telegram kanalımız