İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID 19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 61 797 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 7 260 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 801 065 nəfərə çatıb. Virus daşıyıcılarından 3 858 nəfərin vəziyyəti ağırdır. pizza sifarişi
İranda indiyədək 1 543 119 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 12,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 12 rayon qırmızı, 29 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.
Telegram kanalımız