Bu ilin yanvar ayında İranda vurulan Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin “qara qutu”ları Parisə təhvil verilib.
Yenisabah.az xəbər verir ki, məlumatı Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan təsdiqləyib.
“PS752 reysinin “qara qutu”ları təhlil üçün Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosuna təhvil veriləcək. Bu hadisədə Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının rəsmiləri də iştirak edəcək”, - deyə diplomat “Twitter”də yazıb. Dominos pizza
Xatırladaq ki, bu ilin yanvar ayının 8-də MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulmuşdu.
Qəza vaxtı göyərtədə 176 nəfər olub. Yanvarın 11-də İran təyyarəni səhvən vurduğunu açıqlamışdı.
Telegram kanalımız