İrandakı səfirimiz qanlı terror aktından danışdı

saytların hazırlanması

Evə çatdırılma

İrandakı səfirimiz qanlı terror aktından danışdı

Maraqlı

27 Yanvar 2023 16:18 1081


Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı məlumat yayıb. 

Yenisabah.az xəbər verir ki, Əli Əlizadə səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildiyini, 2 əməkdaşın yaralandığını bildirib. 

“Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.  Dominos pizza

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - səfir vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!