İrandakı səfirliyimizə hücumun istintaqı tamamlandı: Qatili hansı cəza gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

İrandakı səfirliyimizə hücumun istintaqı tamamlandı: Qatili hansı cəza gözləyir?

Maraqlı

05 İyul 2023 12:40 1686


“Ümumiyyətlə, dünyada terrorizmi dəstəkləyən, eləcə də bütün qonşuları ilə münaqişədə və toqquşmada olan ədalətsiz bir rejimin özünün təşkil etdiyi xüsusi bir əməliyyatın istintaq prosesindən necə ədalət gözləmək olar? Bu, nonsensdir. Bu gözləntinin özü əbəsdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi analitik Sülhəddin Əkbər deyib. Müsahibimiz yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı yekunlaşan istintaq prosesinin nəticələrindən söz açıb. 

Xatırladaq ki, İran tərəfi məlum hücumla bağlı aparılan istintaq işinə Azərbaycanın aidiyyəti dövlət orqanlarını dəvət etməyib və bunun İranın daxili işi olduğunu bildirib.  Dominos pizza

S.Əkbər isə söyləyib ki, İrandan hər hansı bir istintaqla bağlı ədalət gözləmək mümkünsüzdür: 

“O ki qaldı məhkəmənin qərarına, bu, İran xüsusi xidmət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunmuş bir terror hücumu idi. İran hakimiyyəti isə bunun əhəmiyyətini kiçildərək, cinayəti məişət səviyyəsindəki bir hadisə kimi göstərməyə çalışdı”. 

Siyasi təhlilçi bildirib ki, o istintaq materialları ilə tanış deyil:

“Lakin ola bilsin ki, istintaqın nəticəsində qətli törədən şəxsin anlaqsız – affekt vəziyyətində olduğu qeyd olunacaq, ya da hadisənin hansısa bir məişət məsələsi ilə əlaqəli olduğu bildiriləcək. Həmin şəxsin də hər hansı bir cəza alması ola bilər. Lakin istintaqın ədalətli olması o deməkdir ki, baş verən hadisə tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Yəni onun təşkilatçılarının, əmr verənlərin, planlaşdıranların və icra edənlərin hamısı işdən çıxarılmalıdır. Təbii ki, burada maraqlı tərəf kimi Azərbaycan da işə cəlb olunmalı idi ki, onun aidiyyəti orqanları müvafiq informasiya mübadiləsini aparsın. Lakin bunların heç biri olmadı”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!