İrandakı zəlzələdə 120 nəfər yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

İrandakı zəlzələdə 120 nəfər yaralanıb

Maraqlı

18 Yanvar 2023 17:17 642


Çərşənbə günü günorta saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. 

Yenisabah.az İranın “Mehr” Agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ yerin 12 km dərinliyində baş verib. Onun qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə və vilayətin bütün ətraf şəhərlərində hiss olunduğu bildirilir. 

İranın Qızıl Aypara Cəmiyyəti zəlzələnin baş verdiyi ərazilərə axtarış-xilasetmə qrupları göndərdiyini, eyni zamanda zəlzələnin episentrinə yaxın olan bəzi kəndlərdə binalara dağıntılar olduğunu bildirib.  pizza mizza

Gün ərzində 7 yeraltı təkan qeydə alınıb. 

Son məlumatlara görə, Xoy əyalətinin 15-ə yaxın kəndində insanların evlərinə ziyan dəyib. 

Xoy əyalətinin Böhran İdarəetmə rəsmisi Salem Xoeiy “Mehr”ə bildirib ki, zəlzələ nəticəsində tələfat yoxdur. 

Son məlumatlarda zəlzələ nəticəsində 120-dən çox insanın xəsarət aldığı bildirilir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!