İrandakı zəlzələdə 280 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

İrandakı zəlzələdə 280 nəfər yaralandı

Rəsmi

05 Oktyabr 2022 10:02 999


İranın Xoy şəhərində baş verən zəlzələdə 280 nəfər yaralanıb.

Yenisabah.az İran KİV-lərinə istinadən xəbər verir ki, müxtəlif bədənxəsarətləri alan şəxslər xəstəxanalara yerləşdiriliblər.

Eyni zamanda, yeraltı təkanlar zamanı 200-dən çox evə ziyan dəyib. pizza mizza

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!